Dünya futbolu
“Goal” Bundesliqanın XXI əsrdə ən yaxşı oyunçusunu açıqladı
11.11.2024 | 10:00
“Goal” dərgisi XXI əsrdə Almaniya Bundesliqasının ən yaxşı futbolçusunu açıqlayıb.
Sports.az xəbər verir ki, siyahıya “Bayern”in polyak keçmiş mərkəz hücumçusu, hazırda “Barselona”da çıxış edən Robert Levandovski başçılıq edir.
İkinci sırada Münhen klubunun alman hazırkı yarımmüdafiəçisi Tomas Müller qərarlaşıb. İlk üçlüyü isə “Bayern”nın fransalı keçmiş cinah hücumçusu Frank Riberi qapayır.