Dünya futbolu
Səudiyyə Ərəbistanının üç klubu De Bröyne ilə maraqlanır
30.11.2024 | 09:30
“Mançester Siti”nin 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisi Kevin De Bröyne ilə Səudiyyə Ərəbistanının 3 klubu – “Əl-Nəsr”, “Əl-Əhli” və “Əl-Kadisiya” maraqlanırlar.
Sports.az xəbər verir ki, ərəb klublarının De Bröyne ilə maraqlanmasına rəğmən, belçikalı futbolçunun ya 2025-ci ilin yayında “Mançester Siti” ilə başa çatacaq müqaviləsinin müddətinin uzatması, ya da karyerasını MLS-də davam etdirməsi mümkündür.
Bununla belə, Səudiyyə Ərəbistanı klublarının daha sərfəli maliyyə şərtləri təklif etməklə, De Bröyneni Yaxın Şərq ölkəsinə cəlb edə biləcəkləri də istisna edilmir.