Dünya futbolu
“Qalatasaray”ın sabiq üzvü 45 yaşında karyerasını bitirdi
04.12.2024 | 15:30
Yaponiya millisinin və Türkiyə təmsilçisi "Qalatasaray"ın 45 yaşlı sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını başa vurub.
Sports.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.
2006/2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu kimi tarixə düşmüşdü. O, "sarı-qırmızılar"ın heyətində 34 matçda 1 qol vurub.
Futbolçu son olaraq ölkəsinin "Nankatsu" klubunun şərəfini qoruyub.