Roy Kin “Mançester Yunayted”in çıxışından məyusdur

“Mançester Yunayted”in və İrlandiya millisinin keçmiş yarımmüdafiəçisi Roy Kin İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra “qırmızı şeytanlar” haqda fikirini bildirib.

Sports.az irland mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən məyus oldum, “Mançester Yunayted”dən çox məyusam. Düşünürəm ki, oyunçular öz qablarında deyildirlər. Belə bir “Mançester Yunayted” komandasına qarşı oynamaq “Arsenal” üçün çox asan idi. Birinci hissə pis keçmədi, amma mən daha artığını gözləyirdim”, deyə Kin vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar