Dünya futbolu
Luis Enrike PSJ ilə müqaviləsini yeniləyib, amma klub açıqlamayıb
15.12.2024 | 15:45
PSJ-nin ispan baş məşqçisi Luis Enrike oktyabrda Paris klubu ilə müqaviləsinin müddətini uzadıb.
Sports.az xəbər verir ki, Enrike PSJ ilə gələn ilin yayında başa çatacaq müqaviləsini 2 il müddətinə uzadıb.
Eyni zamanda, Paris klubu düzgün məqamı gözlədiyindən və bu barədə noyabrda elan etməyi planlaşdırdığından, rəsmən susmağa üstünlük verib, amma PSJ-nin cari Çempionlar Liqası mövsümndəki çətinlikləri klub rəhbərliyini fasilə götürməyə məcbur edib.
Vurğulanır ki, Enrike PSJ-də çalışmaqdan xoşbəxtdir, amma bilir ki, Çempionlar Liqasında uğursuz çıxış edəcəyi təqdirdə, müqaviləsinin müddətinin uzadılmasına rəğmən, klubdakı mövqeyi təhlükə altında ola bilər.