“Nyukasl”ın hücumçusu Endi Koul və Alan Şirerin rekordunu təkrarladı

İngiltərənin "Nyukasl” klubunun hücumçusu Aleksander İsak komandanın keçmiş oyunçuları Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb.

Sports.az xəbər verir ki, isveçli futbolçu bunu İngiltərə Premyer Liqasının 16-cı turunda "Lester”ə qarşı matçda (4:0) qol vurmaqla və məhsuldar ötürmə etməklə reallaşdırıb.

İsak bir təqvim ili ərzində İngiltərə Premyer Liqasında “Nyukasl”ın tarixində 20 qol vuran üçüncü oyunçu olub. Koul bu göstəriciyə 1994-cü, Şirer isə 1999 və 2002-ci illərdə nail olmuşdu.

25 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 matçda səkkiz qol və dörd məhsuldar ötürmə ilə diqqət çəkib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar