Dünya futbolu
“Ançelotti futbolda mənə atalıq edib”
16.12.2024 | 15:00
“Rayo Valyekano”nun və Kolumbiya yığmasının hücumameyilli yarımmüdafiəçisi, əvvəllər “Real”da çıxış etmiş Xames Rodriges “qaymaqlılar”ın italyan baş məşqçisi Karlo Ançelotti haqda söhbət açıb.
Sports.az Rodrigesin bu barədə fikrini təqdim edir:
“O, mənə həmişə çox kömək edən bir insan olub. Mən onunla “Bayern”də, “Everton”da olmuşam. Düşünürəm ki, Xose Pekermanla (Kolumbiya yığmasında Ceymsin baş məşqçisi – çempionatın qeydi) onlar mənim üçün futbolda ata kimi olublar”.