Dünya futbolu
“Barselona” “Monako”nun braziliyalı müdafiəçisini müşahidə edir
18.12.2024 | 23:30
“Monako”nun müdafiəçisi Kayo Enrike karyerasını “Barselona”da davam etdirə bilər.
Sports.az xəbər verir ki, gələn ilin yanvarda “Monako”dan ayrılmağı planlaşdıran 27 yaşlı braziliyalı futbolçu ilə “blauqrana” ciddi maraqlanır.
İddia edilir ki, “Barselona” Enrikeni sonradan mütləq satınalma maddəsi ilə icarəyə götürə bilər.
Xatırladaq ki, “blauqrana”nın Kayo Enrike ilə maraqlanması ilə bağlı şayiələr hələ 2023-cü ildən baş qaldırıb.