Dünya futbolu
“İnter” “Udineze”nin müdafiəçisinin keçidi ilə bağlı işi sürətləndirdi
19.12.2024 | 13:30
“İnter” “Udineze”nin və Sloveniya yığmasının müdafiəçisi Yaka Biyolu transfer etmək üçün işləri sürətləndirib.
Sports.az xəbər verir ki, mümkün keçid gələn ilin yanvar ayında baş tuta bilər.
Həmçinin bildirilir ki, “Fiorentina”, “Ştutqart” və “Napoli” “Udineze”dən futbolçu ilə bağlı yenilənmiş məlumat sorğulayıblar.
Daha əvvəl məlum oub ki, “Udineze” Biyolu təxminən 30 milyon avro məbləğə satmaq haqda düşünməyə hazırdır.