Dünya futbolu
“Mançester Yunayted”in futbolçusu 3 ay oynamayacaq
24.12.2024 | 11:00
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Meyson Maunt 3 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Sports.az xəbər verir ki, o, Premyer Liqanın 16-cı turunda baş tutan "Mançester Siti" ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnib.
Müayinədən sonra futbolçunun 2025-ci ilin ilk aylarında meydana çıxa bilməyəcəyi müəyyənləşib.
Maunt cari mövsüm "qırmızı şeytanlar"ın heyətndə 13 görüşdə meydana çıxıb.