\"Qarabağ\"ı daim izləmişik və bu oyunlara hazırlaşmışıq\"

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov futbolinfo.az saytına müsahibə verib.

Sports.az həmin müsahibəni təqdim edir:

– Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la oynayacaqsınız. Azərbaycan klubu haqda fikriniz necədir? Ümumiyyətlə, “Qarabağ”ın hər hansı oyununu izləmisiz?
– Təbii ki, Çempionlar Liqasının seçmə mərhələsindəki mümkün rəqiblərimizə qarşı daim hazırlaşırdıq və onları izləyirdik. “Qarabağ” da istisna deyil. Onların bir neçə oyununu görmüşəm, amma həmin matça qədər bizim ölkə çempionatında matçımız var və yalnız bundan sonra Azərbaycan komandası ilə məşğul olmağa başlayacağıq.

– Bilirəm ki, sizin Azərbaycan futbolu haqqında məlumatınız var. Ötən illərdə Azərbaycan liqasının və milli komandalarının hər hansı oyununu izləmisiniz?
– Mən ilin əvvəlində” Ferentsvaroş”un baş məşqçiliyini üzərimə götürdüm, ona görə də ovaxtdan ancaq burdakı işlərlə məşğulam. Hazırlıqdan başqa digər klublarla məşğul olmadım.

– “Ferentsvaroş”un gücü barədə düşüncələriniz necədir? Əsas hədəfə çata biləcəksiz?
– Çempionlar Liqasının ikinci təsnifat mərhələsində evdəki 1:2 hesablı məğlubiyyətdən sonra biz “Slovan”la görüşü nəinki çevirdik, Bratislavada 4 qol vurduq. Düzəltməli olduğumuz səhvlər var idi, amma məncə, bu, bizim nə qədər güclü olduğumuzu mükəmməl şəkildə göstərdi.

– Qurban Qurbanovla bağlı hər hansı məlumatınız varmı? Rinat Bilyaletdinov dedi ki, Çerçesov üçün Qurbanova qarşı oynamaq çətindi. Bu haqda nə deyə bilərsiniz?
– İstər məşqçi, istərsə də oyunçu kimi hamıya qarşı oynamaq çox çətindir. Baş məşqçilər komandalarını konkret ideyalar əsasında idarə etdikləri kimi, futbolçular da meydanda konkret qərarlar qəbul edirlər ki, bu da hamını gözlənilməz edir.

– Bir neçə il əvvəl xəbər görmüşdük ki, AFFA sizinlə Azərbaycan milli komandasının baş məşqçisi olmaq haqda danışıb. Həmin vaxt AFFA ilə danışdınız?
– Keçmişdə başverənlər orada qalır. Mən yalnız indiki zamanla və “Ferentsvaroş”u qələbəyə aparmaqla məşğulam.

– Bir neçə il əvvəl “Terek”də olanda komandanız Cavid İmamverdiyevi istəyirdi. Mahir Emreli “Legiya”da oynayanda siz də onun haqqında danışdınız. Deməli, futbolçularımızı izləyirsniz?
– Açığı, indi bu barədə danışmaq çətindir. Çünki hər şey keçmişdə baş verib. Bu gün biz Çempionlar Liqasında çətin mərhələdəyik. Ona görə də komandamı və futbolçularımı düşünməliyəm. Daha ətraflı danışmağa zamanımız olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar