Benzemanın DÇ-ni buraxacağı rəsmən təsdiqləndi

Benzemanın DÇ-ni buraxacağı rəsmən təsdiqləndi

Fransa yığmasının hücumçusu Kərim Benzemanın zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcəyi rəsmən təsdiqlənib.

Sports.az xəbər verir ki, bu barədə bazar günü Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam federasiyanın rəsmi saytına açıqlamasında bu itkini belə şərh edib:

“Bu dünya çempionatının karyerasında əsas məqsədi olan Kərimə təəssüf edirəm. Fransa millisi üçün bu itkiyə baxmayaraq, mən öz komandama güvənirəm. Bu böyük sınaqdan tab gətirmək üçün hər şeyi edəcəyik”.

Fransa mətbuatının yazdığına görə, Benzemanın əvəzində milliyə “Mançester Yunayted”in hücumçusu Antoni Marsial dəvət olunub. Amma hələ federasiya bu barədə rəsmi açıqlama yaymayıb. 26 yaşlı hücumçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 7 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, daha öncə Pol Poqba, Nqolo Kante və daha bir neçə ulduz futbolçunun zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcəyi dəqiqləşmişdi.

Son xəbərlər
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar