“Ümid edirəm ki, bu qolun ardı gələcək” - Abbasov

“Ümid edirəm ki, bu qolun ardı gələcək” - Abbasov

“Səbail”in hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına müsahibə verib.

Sports.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan kuboku və Premyer Liqanın növbəti turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.

- Əvvəlcə Azərbaycan kubokunun 1/8 final mərhələsində MOİK üzərində ilə bağlı fikirlərini bilmək istərdik...
– Kubokun ilk oyunu hər zaman həyəcanlı olur. Çünki bir qarşılaşmadan ibarərtdir. Rəqibin Premyer Liqa və ya birinci divizion təmsilçisi olmasının fərqi olmur. Şanslar bərabər olur. Buna görə də maksimum gücünü meydanda göstərməlisən. MOİK-lə oyun bizim üçün yaxşı keçdi. Komandamız layiqli qələbə qazanaraq mərhələ adladı.

– MOİK-lə görüşdə qələbənin pay sahiblərindən biri də sən idin. Komandamızın 3 qolu məhz sənin ayağından gəldi. Bu, həm də sənin “Səbail”ə qayıtdıqdan sonra vurduğun ilk qol oldu. Bu qol haqqında nə deyə bilərsən?
– Qol vurduğuma görə çox şadam. Lakin mənim üçün bundan da sevindirici məqam komandamızın qələbəsində pay sahibi olmağımdır. Ümid edirəm ki, bu qolun ardı gələcək və qollarımı sıralayıb komandama qələbələr qazandıracağam. Bunun üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəyəm.

– Növbəti mərhələdə rəqib “Sabah”dır. Masazır təmsilçisinə qarşı iki oyun keçirəcəyik. Rəqibi necə dəyərləndirirsən?
- 1/4 finalda bizi daha çətin rəqib gözləyir. “Sabah” bu mövsüm uğurlu çıxışı ilə seçilən komandadır. Amma bu, bizi qətiyyən qorxutmur. Əksinə, belə bir rəqiblə qarşılaşmağımızın bizim üçün daha yaxşı olduğunu düşünürəm. Bu tip komandalara qarşı daha fərqli ab-hava ilə oyuna çıxmalı olursan və daha çox məsuliyyət cəlb edir. Səhv etmək kimi şansın yoxdur. Hər birimiz bunun fərqindəyik.

– Qayıdaq Premyer Liqaya. Fasilə başa çatdı və 15-ci turda “Neftçi” ilə qarşılaşacağıq. Komandadakı ab-hava necədir?
– MOİK üzərində qələbə komandamıza yaxşı təsir edib. Bu motivasiya ilə “Neftçi” ilə matça hazırlaşırıq. Ağır oyun olacaq. Bir o qədər də maraqlı olacağına şübhəm yoxdur. Hər iki komandada itkilər çoxdur. Ancaq hər iki komanda meydana qələbə üçün çıxacaq. Qələbə qazanmaq istəyirik. Buna ehtiyacımız var. Mən və komanda yoldaşlarım bunun üçün əlimizdən gələndən də artığını etməyə hazırıq.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar