Dünya futbolu
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi

25.12.2025 | 23:30
"Nottingem Forest"in əfsanəvi futbolçusu Con Robertson vəfat edib.
Sports.az xəbər verir ki, İngiltərə təmsilçisinin sabiq yarımmüdafiəçisi 72 yaşında dünyasını dəyişib.
Şotlandiyalı futbolçu 1970-1986-cı illərdə "Nottingem Forest"in şərəfini qoruyub və komanda tarixinin mühüm simasına çevrilib.
O, karyerası ərzində iki dəfə Çempionlar Liqasının, bir dəfə UEFA superkubokunun, bir dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İngiltərə Kubokunun və İngiltərə superkubokunun qalibi olub.
Son xəbərlər





























