Fərid Sadıxlı Avropa çempionatının finalında

Fərid Sadıxlı Avropa çempionatının finalında

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın 5-cü günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da yer alan pəhləvanlarımız mübarizəyə start verib.

Fərid Sadıxlı (55 kq) çexiyalı Filip Bartoşikə tam üstünlüklə (9:0), rumıniyalı Denis Florin Mihaya 5:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı Koba Karumidzeni isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3. Fərid sabah finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkünü (6:4) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda moldovalı Vitali Yeryomenkoya (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxacaq. Rəqib fransalı Lukas Qrasso olacaq.

Rəvan Nuriyev (77 kq) ilk mərhələdə belaruslu Kiril Valevskiyə (1:4), Səid Axundzadə (87 kq) 1/8 finalda rumıniyalı Patrik Qordana (5:9), Ayxan Mərdanov (130 kq) isə təsnifat mərhələsində yunanıstanlı Axiles Xrisidisə (0:3) uduzub.

Son xəbərlər
Azərbaycan gimnastları AÇ-də medalsız qaldılar
Azərbaycan millisinin üzvlərindən AÇ-də uğurlu nəticə
PSJ-dən ÇL-də növbəti çempionluq!
Kazemirodan Neymar üsyanı
Bernardo Silva intizardadır
“Tottenhem” “Milan”ın hücumçusunu satın ala bilər
“Kristal Pelas” alman mütəxəssislə danışıqlar aparır
“Yuventus” “Liveprul”un qapıçısını istəyir
“Liverpul” baş məşqçisini istefaya göndərdi
Millinin sabiq üzvü 42 yaşında karyerasını bitirdi
Millimizin 1/8 finaldakı rəqibi bəlli oldu
Millimiz Fransanı məğlub edərək qrup lideri oldu
Azər Bağırov “Kəpəz”dən ayrıldı
“Aston Villa” “Selta”nın müafiəçisi ilə maraqlanır
“Şamaxı” növbəti ayrılığı açıqladı
“Mançester Siti” “Atalanta”nın cinah müdafiəçisi ilə maraqlanır
“Yuventus” “Real”ın yarımmüdafiəçisinə göz dikib
Veteran müdafiəçisi “Piza” ilə yollarını ayırdı
Sağ ol, ay həkim! - Millimizin üzvünü təmənnasız sünnət edən adam danışdı
Yenidən A Seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
“Atletiko” “Mançester Siti”nin yarımmüdafiəçisi ilə maraqlanır
Otamendi “River Pleyt”lə müqavilə imzaladı
Narkotikin təsiri altında avtomobil idarə edən futbolçu saxlanıldı
“Komo” Çempionlar Liqasının ev oyunlarını harada keçirəcək?
Yığmamız beynəlxalq turnirə iki qələbə ilə başladı
Millimiz təlim-məşq toplanışını yekunlaşdırdı
Filipe Luis Fransa Liqa 1-də çalışa bilər
ÇL-in qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Millimiz Avropa çempionatında növbəti oyununa çıxacaq
DAHA ÇOX

Ən çox oxunanlar