İki şahmatçımız Aqzamov memorialında çıxış edəcək

Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək.

Sports.az xəbər verir ki, turnirdə Azərbaycanın iki şahmatçısı - Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.

Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur. 

Qeyd edək ki, ümumilikdə memorialda 11 ölkədən şahmatçılar iştirak edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar