Dünya çempionatının yeri və tarixi açıqlandı

Şahmatın rapid növü üzrə dünya çempionatının keçiriləcəyi tarix və məkan bəlli olub.

Sports.az xəbər verir ki, yarış 26-28 avqustda Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.

Komandalarda 6 qrossmeyster (1 qadın, ELO xalı 2000-dən az olan bir oyunçu) və 3 ehtiyat oyunçu yer alacaq.

Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 min avro olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar