Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatına qatılacaqlar

Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatına qatılacaqlar

Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatında iştirak edəcəklər.

Sports.az xəbər verir ki, turnirin açılış mərasimi yanvarın 31-də keçiriləcək.

Kişilərin yarışı olimpiya sistemi üzrə 26 idmançının iştirakı ilə təşkil olunacaq. Qadınların mübarizəsində isə 16 şahmatçının iştirakı gözlənilir. Reqlamentə əsasən, şahmatçılar bir-biriylə iki dəfə ağ və qara fiqurlarla mübarizə aparacaqlar. İki partiyadan sonra heç-heçə qeydə alınarsa qalib tay-brekdə müəyyənləşəcək.

İlk dəfə olaraq ölkənin bütün aktiv şahmatçıları çempionluq uğrunda zəka mübarizəsinə qoşulacaq. Əvvəlcədən elan olunduğu kimi milli komandanın bütün üzvləri, Beynəlxalq Şahmat Federasiyasının reytinqinə əsasən yüksək yerlərdə qərarlaşanlar və I dəstədə ən yaxşı nəticə göstərən qrossmeysterlər çempionluq uğrunda yarışacaqlar. Ümumilikdə qələbə uğrunda 19 ölkə çempionatının qızıl medalçısı, 5 Avropa çempionu, Dünya Kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri çıxış edəcəklər.

Azərbaycan çempionatında üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov (rapid üzrə dünya çempionu), Teymur Rəcəbov (Dünya Kubokunun sahibi), Rauf Məmmədov, son ölkə çempionu Aydın Süleymanlı, Eltac Səfərli o cümlədən Vasif Durarbəyli, İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov, qitə çempionu Eltac Səfərli, Məhəmməd Muradlı və digərləri mübarizə aparacaqlar. Qadınlarda Avropa çempionu Ülviyyə Fətəliyeva, milli komandanın üzvləri – qitə çempionatının medalçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova eyni zamanda son çempion Ayan Allahverdiyeva, Türkan və Zeynəb Məmmədyarovalar çıxış edəcəklər.

Kişi şahmatçıların çempionatının ümumi mükafat fondu 90 min, qadınlarda isə 30 min manat təşkil edir. Reqlamentə əsasən kişilər arasında çempionatın qalibi 20 min, qadınların turnirində birinci yerin sahibi isə 10 min manat qazanacaq.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar