Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, ilk olaraq Dövlət Himni səsləndirilib. 

Ardınca Vətən Müharibəsi şəhidlərinin, Bakı-Qroznı reysində həlak olanların və ölkə şahmatının inkişafında xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da yarışda mübarizə aparacaq. Bu da sevindirici haldır. Müəyyən mənbələrə əsaslanaraq demək olar ki, bu yarış kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram".

Ardınca Ulu Öndər Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolundan danışan video göstərilib. 
Gənclər və İdman Naziri Fərid Qayıbov ölkə başçısının hər il idmançılarla görüşdüyünü söyləyib: "Təltif olunan arasında şahmatçımız da oldu. Daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Azərbaycan Şahmat Federasiyası yaxşı işlər görür. Azərbaycan çempionatının səviyyəsi qalxıb, şahmatçılarımız da buna layiqdirlər. Bu idman növü ölkəmizdə çox məşhurdur. Şahmatda nəticələrimiz ildən-ilə yaxşılaşır. İnanıram ki, bizi maraqlı çempionat gözləyir".

Sonra “Sirab” brendi fəxri tərəfdaş olaraq Azərbaycan Şahmat Federasiyası tərəfindən təltif olunub. 

Turnirin tanıtım videoçarxı nümayiş etdiriləndən sonra püşkatma mərasimi keçirilib. Püşk mərasimində AŞF-nin baş katibi İlahə Qədimova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirak edib. 

Qeyd edək ki, ölkə çempionatında 1-ci mərhələnin oyunları fevralın 1-i saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərdə 26, qadınlarda 16 qrossmeyster ölkə çempionu adı uğrunda mübarizə aparacaq.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar