“Kimin finala çıxacağını təxmin etmək çox çətindir”

“Kimin finala çıxacağını təxmin etmək çox çətindir”

“Kimin favorit olduğunu söyləmək, finala çıxacağını təxmin etmək çox çətindir”.

Sports.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ölkə çempionatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

21 yaşlı qrossmeyster 1/16 finalda Ümid Aslonova qalib gəlməsinə toxunub:

"Rəqibimi uşaqlıqdan tanıyıram. Çox yaxşı mübarizə apardı, əlindən gələni etdi. Amma təcrübə fərqi sözünü dedi. Hər iki qarşılaşmanın əvvəlində kiçik üstünlük əldə etdim. Bunları yavaş-yavaş inkişaf etdirərək inamlı qələbələr qazandım".

Muradlı Rauf Məmmədov və Şəhriyar Məmmədyarovla klassik oyunda heç vaxt qarşılaşmadığını söyləyib:

"Bu, mənim üçün maraqlı olacaq. Aydın Süleymanlı da yaxşı formadadır. Onun yaxşı nəticə göstərəcəyini düşünürəm. Amma kimin favorit olduğunu söyləmək, finala çıxacağını təxmin etmək çox çətindir. Bir səhvlə turnir bizim üçün sona çata bilər. Tarixin ən güclü Azərbaycan çempionatı keçirilir. Belə olması hamımız üçün sevindirici haldır. Hər bir iştirakçı burada oynamağa layiqdir".

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar