Həşimovun adına təsis edilən “Fair Play” mükafatının sahibi məlum oldu

Həşimovun adına təsis edilən “Fair Play” mükafatının sahibi məlum oldu

Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunan nüfuzlu "Tata Steel Chess" turnirində Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilən “Fair Play” mükafatının 2025-ci il üçün sahibi məlum olub.

Sports.az xəbər verir ki, turnirin bağlanış mərasimində “Fair Play” mükafatının təsisçisi Qasım Həşimovun Avropa çempionu Vüqar Həşimovun adının yaşamasında həyata keçirdiyi layihələr, Azərbaycanda təşkil olunan Vüqar Həşimov Memorialının reallaşmasında gördüyü işlər yüksək qiymətləndirilib.

Ardınca ötən ay dünyasını dəyişən Qasım Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə “Fair Play” mükafatını qazanan şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Nodirbek Abdusattarov (Özbəkistan) və Nogerbek Kazıbekə (Qazaxıstan) verilib. Hər iki şahmatçıya mükafatı Vüqar Həşimovun qardaşı, Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov təqdim edib.

Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Bu il “Fair Play” mükafatı 10-cu dəfə təqdim olunub.
 

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar