“Teymur Rəcəbova qarşı oyuna final matçı kimi baxırdım”

“Teymur Rəcəbova qarşı oyuna final matçı kimi baxırdım”

“Teymura qarşı oyuna final matçı kimi baxırdım”.

Sports.az xəbər verir ki, bunu beynəlxalq qrossmeyster Namiq Quliyev şahmat üzrə Azərbaycan çempionatının 1/8 final mərhələsində Teymur Rəcəbova məğlub olması barədə federasiyanın mətbuat xidmətinə danışarkən deyib.

O, ilk oyunda kobud səhvə yol verdiyi üçün uduzduğunu bildirib:

“İlk mərhələni adlaya bildim. İkinci mərhələdə isə dünyanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbovla qarşılaşdım. İlk oyunda problem yox idi. Sadəcə, praktika azlığı səbəbindən partiyanın sonuna yaxın kobud səhvə yol verdim və uduzdum. İkinci oyunda sona qədər təzyiq göstərdim. Hətta qələbəyə də yaxınlaşmışdım. Sonda məğlub oldum və mübarizəni dayandırdım. Teymura qarşı oyuna final matçı kimi baxırdım. Onun çox böyük təcrübəsi və biliyi var”.

Şahmatçı Azərbaycan çempionatının finalının gözlənilən kimi ola blməməsinin mümkünlüyünü istisna etməyib:

“Bu, Azərbaycan tarixində ilk ən güclü çempionatdır. İllər boyunca belə bir yarışın təşkili üçün səylər göstərilirdi. Bütün şahmatçıları bir yerə toplamaq alınmırdı. Sevindirici haldır ki, nəhayət, baş tutdu. Azərbaycan çempionatı ölkənin adına layiq təşkil olundu. Final hamının gözlədiyi kimi olmaya bilər. Yəni Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov finalını görməyə də bilərik”.

N.Quliyev 1/8 finalın ikinci görüşündə Teymur Rəcəbovla heç-heçə etsə də, ümumi hesabda məğlub olub - 0,5:1,5.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar