“Finalda Teymur Rəcəbovla qarşılaşmaya bilərik” - Şəhriyar Məmmədyarov

“Finalda Teymur Rəcəbovla qarşılaşmaya bilərik” - Şəhriyar Məmmədyarov

“İnsanlar Teymur Rəcəbovun finalda mənimlə qarşılaşmasını istəyirlər. Amma həlledici görüşün bizim aramızda olmamaq ehtimalı da var”.

Sports.az xəbər verir ki, bu fikirləri Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında ölkə çempionatı ilə bağlı danışarkən deyib.

O, olimpiya sistemində çox böyük uğurlar qazana bilmədiyini söyləyib:

"Oyun sayı az olduğundan Şəhriyar Məmmədyarov özü ola bilmir. Bu sistem ən önəmli anlarda psixoloji olaraq mənə mane olur. İnsanlar Teymur Rəcəbovun finalda Şəhriyar Məmmədyarovla qarşılaşmasını istəyir. Burada gənc şahmatçılar da çıxış edirlər. Çox yaxşı formadadırlar. Bu finalın olmamaq ehtimalı da var. Teymurla illərlə oynayırıq, daha gənc rəqiblərlə görüşü daha maraqla gözləyirəm".

Məmmədyarov 1/8 finalda Fərid Abbasova qalib gəlməsi barədə danışıb:

"Səhv etmirəmsə, sonuncu dəfə 23 il əvvəl Azərbaycan birinciliyində iştirak etmişəm. Mənim 12-13 yaşım olanda Fərid müəllim 18 yaşlılar arasında Avropa çempionatında medal qazanırdı. Çox yaxşı şahmatçı idi. Dünyada aparıcı şahmatçıların çıxış etdiyi ölkə çempionatları azdır. Builki Azərbaycan çempionatı tam fərqlidir. Sürprizlə dolu turnirdir. Burada şahmatçılarla yaxşı dostluğum var. Hansı rəqib gəlsə, onunla mübarizə aparacağam".

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar