Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turnirinin açılışı olub

Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turnirinin açılışı olub

Azərbaycan Şahmat Federasiyası və “Məmmədyarovlar” Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, Milli Məclisin üzvü olmuş Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, “Landmark”da baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra çıxış üçün söz Milli Məclisin deputatı Arzu Nağıyeva verilib.

Ardınca çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıb, gördüyü işlərdən bəhs edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağon turnirin ənənəvi hal almasının sevindirici hal olduğunu söyləyib.

Çıxış edənlər arasında yer alan Qənirə Paşayevanın anası Tehran Paşayeva isə yarışın təşkilatçılarına öz minnətdarlığını bildirib.

Ardınca martın 6-dək davam edəcək  yarışın püşkatma mərasimi reallaşıb.

Azərbaycanı turnirdə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda, yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.

Mötəbər turnirin baş hakimi Faiq Həsənov olacaq. Turnirin ümumi mükafat fondu 30 000 manat təşkil edir.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar