Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib

Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat-seçki konfransı keçirilib.

Sports.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.

Konfransda Gənclər və İdman Nazirliyinin nümayəndələri, AŞF-nin rəsmiləri, tanınmış şahmatçılar və digər şəxslər iştirak ediblər.

Federasiya prezidenti Mahir Məmmədov son 3 il ərzində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Gənclər və İdman Naziri Fərid Qayıbov çıxışında AŞF-nin gördüyü işləri yüksək qiymətləndirib.

Hesabat videosundan sonra büdcə və gündəlikdə duran məsələlər müzakirə olunub.

Ardınca AŞF-nin tərkibinə daxil olan bütün komissiyaların - Hakimlər Komissiyasının, Məşqçilər Komissiyasının, Uşaq və Gənclər Komissiyasının, Bəstəçilik Komissiyasının hesabatları dinlənilib.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar. Ardınca Yaqub Hüseynov, Bəxtiyar Məmmədov və Faiq Həsənov (Birinci vitse-prezident) vitse-prezident, Mahir Məmmədov isə yenidən qurumun prezidenti seçilib.
 

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar