Azərbaycan şahmatçıları Dünya Kubokunda

Azərbaycan şahmatçıları Dünya Kubokunda

Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya Kubokunun açılış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə dövlət və hökümət rəsmiləri, Gürcüstan Şahmat Federasiyasının rəhbəri Akaki İaşvili, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE-nin vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov eləcə də digər qonaqlar iştirak edib. 

Açılış mərasimində nitq söyləyən FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunda ən güclü qadın şahmatçıların iştirak etdiyini söyləyib. 

Mərasimdə çıxış edən FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gürcüstanın mötəbər şahmat yarışına ev sahibliyi etməsini önəmli hadisə adlandırıb və yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib.

Ardınca püşklə ilk turda şahmatçıların hansı fiqurlarla mübarizə aparacağı müəyyənləşib. Tək rəqəmi seçən şahmatçıların qara fiqurlarla yarışacağı məlum olub. 

Dünya Kubokunda Azərbaycan 4 şahmatçıyla təmsil olunacaq. Püşkatmanın nəticələrinə görə, ilk mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.

Dünya Kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollar təşkil edir. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı  İddiaçılar Turnirinə vəsiqə əldə edəcək. 

Qeyd edək ki, yarışda 47 ölkədən ümumilikdə 107 şahmatçı çıxış edir.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar