Yeniyetmə şahmatçılar üçün ustad dərsləri

Yeniyetmə şahmatçılar üçün ustad dərsləri

Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün ustad dərsləri təşkil edilib.

Sports.az xəbər verir ki, tədbirdə 8,10,12,14,16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun yeniyetmə şahmatçıların inkişafına böyük önəm verdiyini və bu istiqamətdə müxtəlif layihələr həyata keçirildiyini bildirib.

İlk master-klassda milli komandanın üzvü Aydın Süleymanlı yeniyetmələrlə təcrübəsini bölüşüb. Karyerası barədə danışan yığma komandanın şahmatçısı uşaqlara yarış ərəfəsində həyəcanı unutmağın və diqqəti rəqibə yönəltməyin sirrlərindən söhbət açıb. Şahmatda intizamın vacib olduğunu deyən A.Süleymanlı gərgin məşqlər zamanı düzgün istirahət etməyin önəmini vurğulayıb. Tədbirin sonunda bir neçə partiyanı təhlil edən Aydın Süleymanlı uşaqların suallarına cavab verib.

Qeyd edək ki, Aydın Süleymanlı yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa çempionu (8 yaşadək və 12 yaşadək), o cümlədən 16 yaşadək şahmatçıların Ümumdünya Şahmat Olimpiadasının qalibidir. Milli komandanın üzvü 2024-cü ildə Azərbaycan çempionatının qızıl medalını qazanıb.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar