Azərbaycan şahmatçıları təltif olunublar

Azərbaycan şahmatçıları təltif olunublar

Azərbaycan şahmatçıları Eltac Səfərli və Gülnar Məmmədova Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arasında Avropa çempionatında öz lövhələrində fərqləndiklərinə görə təltif olunublar.

Sports.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb.

Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Gülnar Məmmədova isə dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan şahmatçıya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Qeyd edək ki, mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Son xəbərlər
“Arsenal”la “Liverpul”dan qələbə
“Barselona” inamlı qələbəyə sevindi
PSJ-dən səfərdə çətin qələbə
“Latsio”dan səfər qələbəsi
“Bayer”dən inamlı qələbə
“Qalatasaray”dan darmadağın
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı
Əsas ulduzu “Əl-İttihad”ı tərk edə bilər
2 boksçumuz AÇ-nin yarımfinalında
Peres “Real”ın ulduzuna rəğbət bəsləyir
Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib
Disasi Liqa 1-ə qayıda bilər
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
“Real” və PSJ Upamekanonun tələblərini qarşılamağa hazırdırlar
“Bu, ağrılıdır, həm də utancvericidir” – Berdıyev
“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
Arteta Qabrielin satılmasını istəmir
"Turan Tovuz" "Sabah"a, "Zirə" "Şamaxı"ya məğlub oldu
Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu
“Şamaxı” “Zirə”yə belə qalib gəldi - VİDEO
“Avrokubok üçün büdcə lazımdır” – Ayxan Abbasov
“İtkilər bizi çox yordu” - Rəşad Sadıqov
“Arsenal” “Milan”ın hücumçusuna göz yetirir
MY Serxio Ramosla bağlı qərar qəbul etdi
Luis Enrikedən Safonov haqda yeni açıqlama
“Zenit” “Korintians”ın hücumçusundan imtina etdi
Benzema “Real”ın ulduzlarına məsləhət verdi
Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar
“Neftçi” Ukraynada da çox populyardır” - Vernidub
“Ştutqart” “Real”ın hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar