“Gəncə Open” Şahmat Festivalına yekun vurulub

“Gəncə Open” Şahmat Festivalına yekun vurulub

Azərbaycan Şahmat Federasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Gəncə Open” Şahmat Festivalına yekun vurulub. 

Sports.az xəbər verir ki, bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov və digər rəsmi şəxslər iştirak edib. 

12 ölkədən 300-dən artıq şahmatçının iştirak etdiyi turnirin A qrupunda 7 xal toplayan Leon Mendonca (Hindistan) birinci yeri tutub. 

B qrupunda Emil Mehrəliyev 8 toplayaraq bütün rəqiblərini qabaqlayıb. Hərəyə 7,5 xal toplayan Amin Qurbanovla Əlisəfa Zeynallı 2-3-cü yerləri bölüşdürüb. 

Rapid yarışında azərbaycanlı şahmatçı Xəzər Babazadə, blits turnirində isə Özbəkistan təmsilçisi Muhammadzohid Suyarov qalib gəlib. 

Təmsilçimiz Tunar Davudov ilk Beynəlxalq Usta balını toplayıb. 

Festivalın ümumi mükafat fondu 41.200 AZN təşkil edib. A qrupunun qalibi 10.000 AZN, B qrupunda isə ilk yeri tutan şahmatçı 1.100 AZN pul mükafatı qazanıb. 

Festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilib.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar