Azərbaycan çempionatında qaliblər müəyyənləşdi

Azərbaycan çempionatında qaliblər müəyyənləşdi

Respublika Şahmat Mərkəzində kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatına yekun vurulub.

Sports.az xəbər verir ki, 4 gün davam edən çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb.

Qalib rapid və blits nəticələrin cəminə əsasən müəyyənləşib.

Qadınların yarışında iki turnirin cəminə əsasən 13 xal toplayan Türkan Məmmədyarova 1-ci yeri tutub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb. Hərəyə 11.5 xal toplayan Nərmin Abdinova və Ayan Allahverdiyeva 4-5-ci yerləri bölüşüb.

Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən biri olan Rauf Məmmədov qazanıb. Cari ildə klassik şahmatda da Azərbaycan çempionu olan R.Məmmədov 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurub. İlk beşliyi 11.5 xalla Məhəmməd Muradlı tamamlayıb.

Azərbaycan çempionatının bağlanış mərasimində medal və diplomları yarışın baş hakimi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Raul Quliyev və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov təqdim edib.

Xatırladaq ki, kişi və qadınlar arasında ölkə çempionatının ümumi mükafat fondu 10 min manat təşkil edib. Həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar dünya çempionatına ezam olunacaq.

Dünya çempionatı 25-31 dekabrda Qətərin paytaxtı Dohada keçiriləcək.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar