Azərbaycan çempionatının 1-ci dəstəsində qaliblər bəlli oldu

Azərbaycan çempionatının 1-ci dəstəsində qaliblər bəlli oldu

Şahmat üzrə Azərbaycan çempionatının 1-ci dəstə yarışlarına yekun vurulub.

Sports.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən, Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib.

36 şahmatçının iştirak etdiyi kişilərin turnirdə Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstəni zirvədə başa vurub. Onunla yanaşı, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə, Suat İbrahimli ilk "doqquzluq"da yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər. Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbindən 10-cu yerə çıxan Allahverdi Həmidov də çempionata buraxılacaq.

18 iştirakçının qatıldığı qadınların mübarizəsində isə 8 xal toplayan Lalə Hüseynov birinci olub. Onunla yanaşı, Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.

Yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10, qadınlar arasında isə ilk 2 yerin sahibi Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.

Ölkə çempionatı fevralın 6-22-si aralığında təşkil olunacaq.

Son xəbərlər
"Gəncədə bizi nəyin gözlədiyini bilirik" - Rəşad Sadıqov
Millimizin üzvü Belçikadan təklif alıb?
Cüdo millimizdən rekord nəticə
Palmerlə müqavilə uzadıldı
"Turan Tovuz" 3 xalı 1 qolla qazandı
Daha bir boksçumuz qitə çempionu oldu
Ronaldo millidən kənarlaşdırıldı
"Neftçi" gərgin mübarizədə "Ordu"nu uddu -ABL-də turun nəticələri
"Kür" EHF Avropa Kubokunda mərhələ adladı
"Qarabağ" "İmişli"ni məğlub etdi
"Real"dan qələbə, "Barselona"dan darmadağın
Messi və Suares qocalmaq bilmir
Cəmilə Muradlı Avropa çempionu oldu
"Mançester Yunayted"dən uğursuz start
"İmişli" - "Qarabağ": Heyətlər
"Fənərbağça"dan inamlı səfər qələbəsi
Mingəçevirdə avrokubokun cavab matçı keçiriləcək
1000-ci oyuna aparan yol
"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq
"Liverpul" - "Mançester Siti" oyunu hansı telekanalda -TV Proqram
"Slaviya" bu oteldə məskunlaşacaq
1000-ə nə qaldı?
"Qaradəniz derbisi" "Trabzonspor"un
"Çelsi"dən darmadağın
Mahir Emrelinin komandası uduza-uduza gedir
"Gəncəbasar" itkisiz irəliləyir
"Kür" APOEL-i darmadağın etdi
Zirədə sülh, Sumqayıtda darmadağın
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub
Cüdo üzrə dünya çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar