Azərbaycan millisi Astanada çempion oldu

Azərbaycan millisi Astanada çempion oldu

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib.

Sports.az xəbər verir ki, yarış üç kateqoriyada - kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub. 

Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət Azərbaycan komandası altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub. 

Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu qadınlardan ibarət Azərbaycan komandası yarışı birinci pillədə başa vuraraq qızıl medala layiq görülüb. Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.

Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası qızıl medal əldə edib. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayann kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb. 

Beləliklə Azərbaycan şahmatçıları türkdilli ölkələrin şahmat çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

Son xəbərlər
“Ağstafa Gəncləri”, “Kür-Araz” və “Göygöl”dən son oyunda qələbə
“Turan Tovuz” və “Qəbələ”nin əvəzedicilərindən darmadağın
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
İngiltərə kubokunun tarixinə düşdü
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
“Zirə” “Sumqayıt”a, “Sabah” “Neftçi”yə qarşı - YENİLƏNİR
Xabi Alonsonun təyinatı açıqlandı
Azərbaycan millisi Astanada çempion oldu
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
MY Keynə göz dikib
“Barselona” “Liveprul”un müdafiəçisi ilə güclənə bilər
“Yuventus” “Real”ın üç futbolçusunu nəzərdən keçirir
“Barselona”nın ulduzu dünya çempionatına qədər sağala bilər
MY “Çelsi”nin transfer hədəfini ələ keçirmək niyyətindədir
“Real”ın yay transfer planlarından biri məlum oldu
Dumfrisin sərbəstqalma məbləği məlum oldu
Kapitanı “Real”ı tərk edə bilər
Müdafiəçisi “İnter”də qalmaq istəyir
“Barselona”nın transfer planı puç olmaq üzrədir
Pavarın gələcəyinə aydınlıq gəldi
PSJ “Barselona”nın yarımmüdafiəçisini istəyir
PSJ “Real”ın yarımmüdafiəçisi ilə maraqlanır
2-ci Liqada mövsümün son təyinatları
Nərimana ehtiyac duyulmadı
“Aston Villa” “Mançester Yunayted”in məzununa göz dikdi
14 mövsüm sonra yenidən La Liqada
Ronaldolu “Əl-Nəsr” finalda uduzdu
“Arsenal” “Portu”nun yarımmüdafiəçisi ilə maraqlanır
Danimarka kubokunun qalibi bəlli oldu
Levandovski “Barselona”dan ayrılacağını açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar