Şahmat tacı uğrunda görüşlər bu tarixlərdə keçiriləcək

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçiriləcək şahmat tacı uğrunda görüşlərin təqvimi müəyyənləşib.

Sports.az xəbər verir ki, qrossmeysterlər arasındakı ilk partiya aprelin 9-da keçiriləcək.

Şahmatçılar 11, 14, 17, 19, 22, 25, 28 apreldə istirahət edəcəklər.

14 görüşdən sonra bərabərlik qeydə alınsa, aprelin 30-da tay-breyk oynanılacaq.

Bütün görüşlər saat 13:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar