“Sabah” üçün qış çempionluğu şansı

Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son oyun “Sumqayıt”la “Sabah” arasında baş tutacaq.
2025-ci ilin sonuncu oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək. “Sabah” bu oyunda qalib gəlsə, qış çempionu olacaq.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Turan Tovuz”a (0:2), “Karvan-Yevlax” “Neftçi”yə (1:2), “Qəbələ” “Qarabağ”a (1:2) uduzub, “Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəlib – 2:0. “Zirə” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0.
Misli Premyer Liqası
16-cı tur
22 dekabr
“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.





























