Dünya futbolu
Konate “Liverpul”dan getdi

31.05.2026 | 22:20
"Liverpul" fransalı müdafiəçisi İbrahima Konate ilə yollarını ayırıb.
Sports.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi iyunun sonunda "Enfild"i tərk edəcək və bununla da "qırmızılar"ın heyətindəki 5 illik karyerasına son qoyacaq.
Konate "Liverpul"a 2021-ci ilin yayında Almaniyanın "Leyptsiq" klubundan keçib. Futbolçu İngiltərə komandasının heyətində ümumilikdə 183 matça çıxıb və 7 qol vurmağı bacarıb.
Son xəbərlər





























