“Kuboku qazanmayana qədər bunun bir əhəmiyyəti yoxdur” - Dambrauskas

“Kuboku qazanmayana qədər bunun bir əhəmiyyəti yoxdur” - Dambrauskas

“Sabah” Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında bu gün “Qarabağ”ı qəbul edib.

Sports.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələb “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis qələbəni azarkeşlərə həsr etmək istədiyini bildirib:

“Sabah” ailəsini təbrik edirəm. Qələbəni azarkeşlərimizə həsr etmək istəyirəm. Başabaş mübarizə getdi. Oyunda çətin anlarımız oldu. Düşünürəm ki, oyunun açar anı buraxdığımız qol oldu. Bundan sonra geridönüş edə bildik. Əzmkarlığımız və inadkarlığımız sayəsində qələbə qazana bildik. Düzdür, bu gün bu qələbəni bir az qeyd edəcəyik və ondan sonra qarşıdakı oyunlara hazırlaşacağıq. Finala çıxdıq, amma kuboku qazanmayana kimi bunun bir əhəmiyyəti yoxdur.

Hakim qərarları ilə bağlı şərh vermək istəmirəm. Bu, onların işidir. Biz Azərbaycanda futbolun səviyyəsini yüksəltmək istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bir neçə ölkədə baş məşqçi kimi fəaliyyət göstərsəm də, heç bir yerdə hakim qərarlarının bu qədər müzakirə olunduğunu görməmişəm. Bəzən elə olur ki, eyni epizodda lehinə qərar verilir, bəzən də əleyhinə.

Final bir oyundan ibarətdir. Mən hələ həyatımda asan final görməmişəm. Həmişə çətin olur. Ümid edirəm ki, final günü yaxşı gün olacaq və hansı komanda güclüdürsə, o da qalib gələcək”.

Son xəbərlər
“Latsio” penaltilərlə finala yüksəldi
“Bayern” finalda!
Millimiz Avropa çempionu oldu
“Mançester Siti”dən növbəti qələbə
“Lans”ın finaldakı rəqibi bəlli oldu
PSJ-dən darmadağın
“Qalatasaray” da kubokla vidalaşdı
“Kuboku qazanmayana qədər bunun bir əhəmiyyəti yoxdur” - Dambrauskas
“Sabah” “Qarabağ”ı finala buraxmadı – VİDEO
“Epizodu penalti kimi gördüm” - Qurban Qurbanov
“Barselona” sol cinah müdafiəçiləri arasında seçim edir
Cəfərovla Qurbanov Avropa çempionu oldular!
“Sabah” “Qarabağ”a qalib gəlib finala yüksəldi
“Yuventus” maliyyə tarazlığına müvəffəq olmağa çalışır
“Sabah” yarımfinal mərhələsinə qələbə ilə başladı
“Çelsi” baş məşqçisi ilə yollarını ayırdı
MY “Yuventus”un ulduzu müqabilində xeyli xərc çəkməli olacaq
“Fənərbağça” “Bayern”in müdafiəçisini hədəfə aldı
Qurbanova AÇ-də bürünc medal uğrunda görüşə çıxacaq
“Milan” “Ateltiko”nun hücumçusu ilə maraqlanır
Kompaninin qazancı arta bilər
“Şəfa”, “Cəbrayıl” və “Şahdağ Qusar”dan qələbə
Türkiyə klubunda rumıniyalı baş məşqçi
“Sabah” - “Qarabağ” oyununda stadion dolacaq
“Real” alman məşqçi ilə anlaşa bilər
“Gəncə” Fabiano ilə yollarını ayırdı
ACF Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
Naxçıvanda yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
“Barselona” müdafiəçisini satmağa hazırdır
Daha üç komandaya texniki məğlubiyyət verildi
DAHA ÇOX

Ən çox oxunanlar