Dünya futbolu
“Latsio” penaltilərlə finala yüksəldi

23.04.2026 | 01:54
İtaliya kubokunun finalçıları müəyyənləşib.
Sports.az xəbər verir ki, sonuncu finalçı bu gün keçirilən ikinci yarımfinal oyununda bəlli olub.
“Atalanta” evdə “Latsio” ilə qarşılaşıb. İlk oyunda olduğu kimi, cavab görüşündə də heç-heçə qeydə alınıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Latsio” finala yüksəlib.
“Latsio” finalda “İnter”lə qarşılaşacaq.
İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel
İnter – Komo 3:2 (ilk oyun 0:0)
Qollar: H.Çalhanoğlu, 69; 86. Suçiç, 89 – Baturina, 32. Da Kunya, 48.
22 aprel
Atalanta – Latsio 1:1, penaltilər 1:2 (ilk oyun 2:2)
Qollar: Paşaliç, 86 – Romanyoli, 84.
Son xəbərlər





























