“Epizodu penalti kimi gördüm” - Qurban Qurbanov

“Epizodu penalti kimi gördüm” - Qurban Qurbanov

“Qarabağ” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında “Sabah”ın qonağı olub.

Sports.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyun alındı. İnanıram ki, hər bir azarkeş qarşılaşmadan zövq aldı.

Penalti epizodu ilə bağlı fikir bildirməyim bir az fərqli alınar. Mənim tərəfimdən belə fikirlər bildiriləndə fərqli başa düşülür. Ümumən baxsaq, epizodu penalti kimi gördüm. Amma belə hallar olur. VAR-a getmək o deməkdir ki, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm, məndən uzaq bir sahədir. Yəqin ki, açıqlama verəcəklər.

Qalmaqal futbolçularla hakimlər arasında oldu. Rəsmilərlə hansısa münaqişə olduğunu görmədim. Belə emosiyalar bir növ futbolu gözəlləşdirir. Normal hallardır, bəzən Çempionlar Liqasının finallarında, dünya çempionatlarında da rastlaşırıq.

Ümumən, baş verən intiriqalara baxsaq, hakimlərin qərarlarından sonra olur. Hakimlərə o qədər basqı olur ki, özləri belə, epizodları analiz edə biləcək durumda deyillər. Bu baxımdan, bəzən hakimlərin halına yazığım gəlir. Ona görə, oyunları sakit şəkildə başa vurmalıyıq. Dediyim kimi, o çoxlu basqı hakimlərin səhvlər etməsi ilə nəticələnir.

Bəli, əvvəlki oyunlarda demişəm ki, mənim komandam xarakter nümayiş etdirməlidir, əzmkar oyun göstərməlidirlər. Məhz bu gün futbolçularımda onu görə bildim.

Mövsümü titulsuz başa vurmağımız… Ümumiyyətlə, dünya futbolunda görünən hallardır. Çempionlar Liqası bizi çox yordu. Belə desək, suyumuzu çıxardı. Hansısa turnirdə bir addım irəli getdikdə psixoloji basqı artır. Amma dediyim kimi, Avropa futbolunda da belə hallar olur. Amma biz yenə də məsulliyətliyik.

Mənim ciddi bir narahatçılığım yoxdur. İşimdəyəm, ola bilər, gələn il də hansısa addımlar atmaq istəsək, alınmaya bilər. Mən heç vaxt deməmişəm ki, bacarmayacağıq. Ümumən, intriqa böyüyüb. Digər komandalar da hazırlaşır, çempion olmaq istəyir. Düşünürəm ki, gələn il çempionatımız daha da maraqlı olacaq.

Azarkeşlərimizlə daim bir yerdəyik. Bir yıxılmışıq, bir qalxmışıq. Düşünürəm ki, belə oyunlardan onlar da zövq alır”.

Son xəbərlər
PSJ-dən darmadağın
“Qalatasaray” da kubokla vidalaşdı
“Kuboku qazanmayana qədər bunun bir əhəmiyyəti yoxdur” - Dambrauskas
“Sabah” “Qarabağ”ı finala buraxmadı – VİDEO
“Epizodu penalti kimi gördüm” - Qurban Qurbanov
“Barselona” sol cinah müdafiəçiləri arasında seçim edir
Cəfərovla Qurbanov Avropa çempionu oldular!
“Sabah” “Qarabağ”a qalib gəlib finala yüksəldi
“Yuventus” maliyyə tarazlığına müvəffəq olmağa çalışır
“Sabah” yarımfinal mərhələsinə qələbə ilə başladı
“Çelsi” baş məşqçisi ilə yollarını ayırdı
MY “Yuventus”un ulduzu müqabilində xeyli xərc çəkməli olacaq
“Fənərbağça” “Bayern”in müdafiəçisini hədəfə aldı
Qurbanova AÇ-də bürünc medal uğrunda görüşə çıxacaq
“Milan” “Ateltiko”nun hücumçusu ilə maraqlanır
Kompaninin qazancı arta bilər
“Şəfa”, “Cəbrayıl” və “Şahdağ Qusar”dan qələbə
Türkiyə klubunda rumıniyalı baş məşqçi
“Sabah” - “Qarabağ” oyununda stadion dolacaq
“Real” alman məşqçi ilə anlaşa bilər
“Gəncə” Fabiano ilə yollarını ayırdı
ACF Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
Naxçıvanda yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
“Barselona” müdafiəçisini satmağa hazırdır
Daha üç komandaya texniki məğlubiyyət verildi
Barkola gələcəyi ilə bağlı qərarını verib
“Karvan-Yevlax” yarışdan kənarlaşdırıldı, məşqçiyə 6 aylıq cəza verildi
“Bayern” Nikolas Ceksonla bağlı qərar qəbul etməli olacaq
“Arsenal” “Real”ın müdafiəçisi ilə maraqlanır
“Yuventus” ondan “can qurtarmaq” niyyətindədir
DAHA ÇOX

Ən çox oxunanlar