Digər
“Sabah”dan final seriyasında ikinci qələbə

02.05.2026 | 16:20
"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda "Abşeron Lions"u məğlub edib.
Qarşılaşma 112:84 hesabı ilə bitib.
Xatırladaq ki, ilk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Son xəbərlər





























