“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev

“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

"Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik.

Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə, klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə öz ürəyini qoydu. Bu müddət ərzində harda oynamağımızdan asılı olmayaraq, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur, avrokuboklara gedirik.

Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxır ki, klub avrokuboklarda oynayır, ya yox. İndi asan olacaq.

Növbəti mövsüm Premyer Liqada hədəfin nə olacağı barədə indidən danışmaq çətin olar. Bu, nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, "Sabah" güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər "Sabah"ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu”.

Son xəbərlər
İsveç millisindən darmadağın
“Bərabərlik qolu komandanın xarakterini göstərdi”
“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”
Niderland - Yaponiya matçının ən yaxşı futbolçusu bilindi
Niderland - Yaponiya matçında məhsuldar heç-heçə
“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”
Almaniya millisində yeni rekordçu
Şotlandların dünya çempionatında yeni rekordçusu
“Yeddi qol vurmağımızdan çox razıyam”
Almaniya - Kurasao oyununun ən yaxşı futbolçusu bəlli oldu
“Turan Tovuz” hazırlığa başladı
“Liveprul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisi İspaniyaya məğlub oldu
Almaniya millisindən darmadağın
“Mançester Siti”nin qapıçısı “Nyukasl”a üz tuta bilər
“Çelsi” “Liverpul”un hücumçusunu imzalamaq istəyir
Məhəmməd Muradlı beynəlxalq turnirdə birinci oldu
Yarımmüdafiəçisi “Mançester Siti”dən ayrıla bilər
Azərbaycan yığması Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı
PSJ “Real”ın transfer hədəfini ələ keçirməyə hazırlaşır
“Şamaxı” növbəti transferini açıqladı
Azərbaycan millisi Avropa Kubokunun finalına yüksəldi
Avropa nəhəngləri “Everton”un müdafiəçisi ilə maraqlanırlar
Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
“İnter” “Real”ın braziliyalı ulduzuna diqqət yetirir
“Roma” “Milan”ın hücumçusu ilə güclənə bilər
“Tottenhem” “Liverpul”un hücumçusuna görə təklif ünvanlayacaq
Xabi Alonsonun “Çelsi”də görmək istədiyi oyunçu bəlli oldu
“Barselona” daha bir transfer hədəfi müəyyənləşdirdi
DAHA ÇOX

Ən çox oxunanlar