Dünya futbolu
Messidən MLS-də rekord göstərici

10.05.2026 | 12:00
“İnter Mayami”nin hücumçusu Lionel Messi növbəti dəfə komandasını qələbəsində böyük pay sahibi olub.
Sports.az xəbər verir ki, 38 yaşlı futbolçu MLS-in son turunda "Toronto"ya qarşı oyunda (4:2) 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Messi MLS-in tarixində "qol+ötürmə" sisteminə görə 100-ə ən tez çatan oyunçu olub. Bu nailiyyət üçün ona 64 oyun kifayət edib. Onun aktivində 59 qol, 41 qol ötürməsi var.
Əvvəlki rekord "Toronto"nun sabiq oyunçusu Sebastian Covinkoya (95 matçda 58 qol və 42 məhsuldar ötürmə) məxsus idi.
Bu kateqoriyada ilk "üçlüy"ü "Los Anceles Qalaksi"də oynamış Robbi Kin tamamlayır. İrlandiyalı futbolçu 96 matçda 62 qol vurub və 39 məhsuldar ötürmə edib.
Son xəbərlər





























