“Aqressivlik hakim qərarlarından qaynaqlanırdı” - Berdıyev

“Aqressivlik hakim qərarlarından qaynaqlanırdı” - Berdıyev

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı"ya məğlub olduqları matç (2:3) haqda danışıb.

Sports.az xəbər verir ki, baş məşqçi ikinci hissədəki geri dönüşə baxmayaraq buraxılan həlledici qola görə təəssüfləndiyini bildirib:

"Birinci hissədə pis oynadıq. Hakim barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Fasilədən sonra daha aqressiv çıxış edərək hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüflər olsun ki, yekunda üçüncü qolu buraxdıq. İkinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik. Rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik. Mənə elə gəlir ki, oyundakı aqressivlik hakimlikdən qaynaqlanırdı.

Transferlərə gəlincə, axtarışlar davam edir. Amma yekun nəticə yoxdur. Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq”.

Son xəbərlər
“Liverpul” tarixinin antirekordu
“Qarabağ”dan üç cavabsız qol - VİDEO
“İstədiyimiz nəticəni əldə edə bilmədik”
“Futbolçularımdan razı qaldım” - Qurbanov
“Aqressivlik hakim qərarlarından qaynaqlanırdı” - Berdıyev
“Güclü rəqibə qarşı oynadıq” - Ayxan Abbasov
“Sabah”ın əvəzedicilərindən inamlı qələbə
1-ci liqada mövsümün sonuncu turunun proqramı açıqlandı
“Qarabağ” və “Şamaxı”dan qələbə
Krivotsyukun komandası yenə uduzdu
“Nottingem Forest” baş məşqçisi ilə müqaviləsini yeniləyəcək
“Barselona” “Çelsi”nin hücumçusu ilə bağlı fəaliyyətə keçdi
“Mançester Siti” yarımmüdafiəçisini satmağa hazırdır
“Liverpul” qapıçısına transfer qiyməti müəyyənləşdirdi
Yarımmüdafiəçisi “Cenoa”nı tərk edəcək
“Bornmut” müdafiəçisi ilə ayrılacaq
“Real”ın əsas yay transfer hədəfi
“Firon” “Roma”nı tərk edəcək
Arne Slot “Aston Villa”ya məğlubiyyətini əsaslandırdı
Unai Emeri “Liverpul”u məğlub etməsini şərh etdi
“Kalyari” kapitanı ilə vidalaşacaq
“Mançester Yunayted”dən Karrik qərarı
“Bayern” ehtiyat qapıçısı ilə müqaviləsini yenilədi
“Neftçi” ikinci oyunda da məğlub oldu
“Everton” kapitanı ilə vidalaşacaq
Millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
“Bayern” kapitanı ilə müqaviləsini yenilədi
“Neftçi” ilk oyununda Taylanda uduzdu
PSJ hücumçusuna təbrik ünvanaldı
“Qalatasaray” “Bolonya”nın hücumçusuna göz dikib
DAHA ÇOX

Ən çox oxunanlar