“İstədiyimiz nəticəni əldə edə bilmədik”

Misli Premyer Liqasının 32-ci turunun “Qarabağ” – “İmişli” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Xorxe Kaskilya fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, komandasının məğlubiyyətinə belə şərh verib:
“Azarkeşlərə təşəkkür edirəm. Uzun yol gəlib, bizə dəstək oldular. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son oyunda əlimizdən gələni edəcəyik. İlk hissə bərabər səviyyədə keçdi. Üstünlük rəqibdə olsa da, keyfiyyətli əks-hücumlar qurduq. 3-4 oyunçumuz zədəlidir. Buna baxmayaraq, ilk yarıda yaxşı müdafiə olunduq. İkinci hissədə isə qolu erkən buraxdıq ki, bu da çətinlik yaratdı. Belə olacağını bilirdik. Rəqib layiqli qələbə qazandı. Onları Avropa Liqasına vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. İkinci hissədə gənc, yerli futbolçular oynadı. Bu, onlar üçün təcrübədir. Oyunçuların futbolun nəbzini hiss etməsi bizim üçün vacibdir. İstəyimizə üç tur əvvəl nail olmuşuq. Futbolçularımı təbrik edirəm”.





























