Sayca 30-cu kuboku hansı komanda qazanacaq?

Sayca 30-cu kuboku hansı komanda qazanacaq?

Bu gün futzal üzrə Azərbaycan kubokunda 2025/2026-cı il mövsümünə yekun vurulacaq.

Sports.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqada çempion olan “Araz-Naxçıvan” və gümüş medalçı “Neftçi” İK qarşılaşacaq.

Bəs sayca 30-cu ölkə kubokunun qalibi hansı komanda olacaq. Ümumilikdə indiyə qədər 12 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 6 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2023/2024) bu mükafata sahib olub. EKOL - 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Altı komanda isə hərəyə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18, “Baku Fire” 2022/23, PFL isə 2024/25-ci il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

Mövsüm      Kubokun sahibi

1994/95       “Neftçi”

1995/96       “Neftçi”

1996/97       “Avtomobilçi”

1997/98       “Avtomobilçi”

1998/99       “Nabspor”

1999/00       “Azərneftyanacaq”

2000/01       “Azərneftyanacaq”

2001/02       “Gömrükçü”

2002/03       “Gömrükçü”

2003/04       “Turan” AİR

2004/05       “Araz-Naxçıvan”

2005/06       “Araz-Naxçıvan”

2006/07       “Araz-Naxçıvan”

2007/08       “Araz-Naxçıvan”

2008/09       “Araz-Naxçıvan”

2009/10       “Neftçi” İSM

2010/11       EKOL

2011/12       EKOL

2012/13       “Neftçi” İSM

2013/14       “Neftçi” İSM

2014/15       “Fener” FK

2015/16       EKOL

2016/17       “Neftçi” İK

2017/18       “Marafon Futsal”

2018/19        EKOL

2019/20       Yarış başa çatdırılmadığına görə qalib müəyyənləşməyib

2020/21       Pandemiya ilə əlaqədar keçirilməyib

2021/22        “Neftçi” İK

2022/23       “Baku Fire”

2023/24       “Araz-Naxçıvan”

2024/25       PFL

Son xəbərlər
Növbəti mövsümün transfer dönəmlərinin tarixi açıqlandı
Xabi Alonso daha bir transeferi ilə bağlı qərar verdi
Seleksiya xarakterli turnir üçün qeydiyyat başladı
“Qəbələ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Əvəzedicilərin yarışında mövsümün sonuncu təyinatları
WUF13: AFFA minifutbol meydançası istifadəyə verdi
“Bayer”in gənc ulduzu uğrunda mübarizə qızışır
AAF regionlarda avadanlıq təminatını davam etdirir
38 yaşlı Aspasla yeni müqavilə imzalandı
“Atletiko” “Mançester Siti”nin kapitanı ilə danışıqlara başladı
Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
Neymar zədələndi
Final oyununu idarə edəcək hakimlər müəyyənləşdi
Sançodan “Aston Villa”da rekord
Sayca 30-cu kuboku hansı komanda qazanacaq?
MY müdafiəçisi ilə müqaviləsini yeniləmək istəyir
Stolüstü tennisçilərdən Özbəkistanda 4 medal
Bakıda UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb
“Qalatasaray” “Real”ın yarımmüdafiəçisinə iddia edir
Komandası Axundzadənin köməyi ilə yarımfinala yüksəldi
Günün oyunları – TV
Xabi Alonso üç əsas transferinə nail olmaq istəyir
Mövsümün son turunun oyunlarına hakim təyinatları açıqlandı
Azərbaycan kubokunun qalibi müəyyənləşir
“Barselona” Vlahoviçlə bağlı qərar qəbul etdi
Tedesko Almaniya Bundesliqasına qayıda bilər
“Liverpul”un ulduzu A Seriyasına üz tuta bilər
MY “Hoffenhaym”ın hücumçusu uğrunda mübarizəyə qoşuldu
Son tur Qəbələdə start götürür
Avropa Liqasının qalibi müəyyənləşdi
DAHA ÇOX

Ən çox oxunanlar