Dünya futbolu
“Barselona” Vlahoviçlə bağlı qərar qəbul etdi

21.05.2026 | 11:00
“Barselona”, xidmətində maraqlıdı olduğu, “Yuventus”un serb mərkəz hücumçusu Duşan Vlahoviçə müvafiq marağından daşınıb.
Sports.az xəbər verir ki, Kataloniya klubu qarşıdakı yay transfer pəncərəsində, nəhəng məbləğdə pul vəsaiti tələb edən keçidlər gerçəkləşdirmək fikrində deyil.
Vurğulanır ki, “Barselona” qiymət-keyfiyyət mütənasibliyi baxımından əhəmiyyətli seçimlərə üstünlük verəcək və həmçinin oyunçulara olan tələblərini klub akademiyasının məzunları ilə ödəyəcək.
Son xəbərlər





























