“Neftçi” çempion, “Sabah” ikinci, “Qarabağ” üçüncü oldu

“Neftçi” çempion, “Sabah” ikinci, “Qarabağ” üçüncü oldu

AFFA U-17 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.

Sports.az xəbər verir ki, Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunu baş tutub.

A qrupunun 14-cü turunun son qarşılaşmasında “Neftçi” və “Sabah” komandaları 0:0 hesablı heç-heçə edib. Hər iki komanda mövsümü 30 xalla tamamlayıb. Ümumi göstəricilərdə rəqibini üstələyən “Neftçi” mövsümü çempion kimi, “Sabah” ikinci, “Qarabağ” isə üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi” isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 24 qol yazdıran “Qarabağ”ın futbolçusu Riad Qaradağlı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Liqada iştirak edən komandalar arasında keçirilən sorğuya və U-17 millinin baş məşqçisinin rəyinə əsasən mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Bəşirov seçilib.

Bundan başqa, U-10 Liqasında Adəm Atazadə (“Vətən), U-11 Liqasında Tuncay Şükürlü (“Xan”), U-12 Liqasında isə Qalib Ağayev (“Ağsu Siti”) feyr-pley mükafatına layiq görülüb.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.

Son xəbərlər
Üç futbolçu 3 oyunluq cəza aldı
“Səbail”in futbolçusuna 3 oyunluq cəza
Millinin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı
Millidə yeni futbolçu
“Neftçi” üç legioneri ilə vidalaşdı
“Neftçi” çempion, “Sabah” ikinci, “Qarabağ” üçüncü oldu
"Araz-Naxçıvan" Demçenko ilə yollarını ayırdı
Premyer Liqada mövsümün son cəzaları açıqlandı
“Sabah”ın əvəzediciləri çempionluq kubokuna qovuşdu
“Liverpul”un əsas yay transfer planı məlum oldu
“Mingəçevir”in böyük üstünlüyü
Hücumçusu “Atalanta”dan ayrılacaq
Əfran İsmayılov “Şəfa”nın vitse-prezidenti vəzifəsinə təyin edildi
“Bayern” “İnter”in müdafiəçisi ilə maraqlanır
“Neftçi” Murad Məmmədovun “Pafos”a keçidini açıqladı
MY kapitanı ilə bağlı qərar qəbul etdi
Bölgə klubu məşqçiləri ilə vidalaşdı
“Barselona” “İnter”in müdafiəçisi ilə əlaqəyə çıxdı
"Qarabağ" azarkeş sayına görə lider oldu
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
Qattuzo Turin təmsilçisinin təklifini rədd etdi
“Sumqayıt” Saşa İliçlə vidalaşdı
“Milan”da “böyük inqilab” gözlənilir
“Şamaxı”nın formasını daşımaq qürur idi” - Rüfət Abbasov
“Atalanta”da baş məşqçi dəyişikliyi gözənilir
Alleqri “Milan”ın Çempionlar Liqasından kənarda qalmasına aydınlıq gətirdi
La Liqa klubu baş məşqçisi ilə vidalaşdı
Xulian Alvaresin agenti Barselonadadır
“Tottenhem” “Livepul”un oyunçusu ilə razılıq əldə etdi
“Volfsburq” ikinci Bundesliqaya düşdü
DAHA ÇOX

Ən çox oxunanlar