Dünya futbolu
“Milan”da “böyük inqilab” gözlənilir

26.05.2026 | 11:15
Məlum olduğu kimi, “Milan” İtaliya A Seriyasını 5-ci pillədə başa vuraraq, Çempionlar Liqasında iştirakdan məhrum olub.
Sports.az xəbər verir ki, müvafiq uğursuzluq “Milan” rəhbərliyini qəti addımlar atmağa təhrik edib.
İlk növbədə, baş məşqçi, italyan mütəxəssis Massimiliano Alleqri istefaya göndərilib.
Vurğulanır ki, yayda “rossoneri”nin heyətində “böyük inqilab” gözlənilir: “yaramaz” oyunçuların satışının gerçəkləşdiriləcəyi bildirilir.
Son xəbərlər





























