Super Liqa klubunda iki ayrılıq

Super Liqa klubunda iki ayrılıq

Türkiyənin “Fatih Karagümrük” klubu Caner Erkin və Burak Bekaroğlu ilə yollarını ayırıb.

Sports.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Caner Erkin 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçisi, 6 məhsuldar ötürmə müəllifi olub. 34 yaşlı futbolçu İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə verib. O, “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.

Burak Bekaroğlu da 2021-ci ilin yayından “Fatih Karagümrük”ün uğurları üçün çalışırdı. 25 yaşlı stopper burada 35 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
“Benfika” baş məşqçisini “Real”a buraxmaq istəmir
“Ayntraxt” “Real”ın müdafiəçisi ilə maraqlanır
Şevalye PSJ-dən ayrıla bilər
Günün oyunları – TV
Fransa klubunda baş məşqçi ayrılığı
“Bayer”də yeni müqavilə
“Neftçi” “Qarabağ”a qarşı
“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
Özbəkistanda daha bir uğur
Dibala vətəninə qayıdacaq
DÇ-2026-nın mükafat fondu artırıldı
Ştiller “Ştutqart”dan ayrıla bilər
Kukurelya “Barselona”ya qayıdacaqmı?
Xulian Alvares gələcəyi ilə bağlı seçim etdi
Raşford “Barselona”da qalmaq üçün böyük güzəştə hazırdır
“Sabah” final seriyasına qələbə ilə başladı
“Real” Tçuameni ilə bağlı qərar qəbul etdi
“Şəfa” xal itirdi, “Şahdağ Qusar”la “Mingəçevir” qalib gəldi
“Barselona” “Tottenhem”in kapitanına göz qoyur
Entso Fernandes “Çelsi” ilə müqaviləsini yeniləməyə hazırdır
“Barselona”nın ulduzu sıraya qayıtdı
Amorim gələcəyi ilə bağlı qərar qəbul etdi
Arbeloa “Real”da qala bilər
Zidanın oğlu zədələndi
Noyer ÇL antirekordunu təkrarladı
Final matçının məkanı açıqlandı
“Neftçi” – “Qarabağ” oyununun təyinatları açıqlandı
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
DAHA ÇOX

Ən çox oxunanlar