“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”

“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”

Azərbaycanlı avarçəkən Əlimurad Hacızadə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycana ilk medalı qazandırdığı üçün sevincli olduğunu bildirib.

Sports.az xəbər verir ki, bunu birnəfərlik kayakda gümüş medal qazanan idmançı (2008-2009 təvəllüdlü) mükafatlandırma mərasimindən sonra deyib.

O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə turnirdə gümüş medal qazanmasına münasibət bildirib:

"Hava şəraiti soyuq idi. Buna baxmayaraq, gücümü göstərə bildim. "Prezident Kuboku 2026"ya uzun müddətdir hazırlaşırdım. Turnirdə Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm. Qızıl medal qazanmaq istəyirdim. Lakin ikinci yerə çıxdım. İnanıram ki, növbəti iki yarış günündə ölkəmiz qızıl medala sahib çıxacaq".

Qeyd edək ki, Əlimurad Hacızadə 200 metr məsafəyə yarışda gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
 

 

Son xəbərlər
Final matçının məkanı açıqlandı
“Neftçi” – “Qarabağ” oyununun təyinatları açıqlandı
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
Prezident Kuboku: İlk gününün qalibləri mükafatlandırıldı
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Əvəzedicilərin yarışında 24-cü turun təyinatları açıqlandı
Osimhen məhkəməyə verildi
“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi” – Kompani
“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir” - Nazir
“Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
ÇL-in yarımfinalında ilk dəfə
“Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb
Azərbaycanı “Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular müəyyənləşib
Final seriyasına start verilir
“Atletiko” “Arsenal”la qarşılaşacaq
Prezident Kuboku: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
“Nəticələr öz sözünü deyir”
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar