Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

Məşqçi Ləman Göyüşova İtaliyanın Rimini şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə baş tutmuş “Young Leaders Forum” adlı beynəlxalq tədbirdə Azərbaycan Gimnastika Federasiyasını təmsil edib.

Sports.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

“Young Leaders Forum”da gimnastika dünyasında mövcud olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin keçirilməsinin əsas məqsədi, iştirakçıların forumda əldə etdikləri bilik və təcrübələri öz ölkələrində tətbiq etmələrinə yardımçı olmaqdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar